Böyük Britaniyada Pikassonun rəsminə zərər verənlər tapılıb

  • Müəllif: Orxan
  • 28 İyul 2026 14:53

“The Telegraph” qəzetinin verdiyi məlumata görə, Böyük Britaniya məhkəməsi iki Fələstin tərəfdarı fəalı 2024-cü ildə London Milli Qalereyasında Pablo Pikassonun “Ana və Uşaq” əsərinə zərər vurmaqda günahkar bilib.

Gununsesi.info-nun xəbərinə görə, nəşrin müəllifləri yazır ki, fəallar “əmlakı qəsdən məhv etmək”də təqsirli biliniblər. Hakim Devid Tomlinson hər iki etirazçını sentyabr ayında müəyyən ediləcək hökmə qədər girov müqabilində azadlığa buraxıb.

Qeyd olunur ki, 2024-cü ildə “Gənclər Tələbi” hərəkatının tərəfdarlarıOnlar Qəzza zolağından olan ana və uşağın şəklini London Milli Qalereyasında Pikassonun rəsminin qoruyucu şüşəsinə yapışdırıblar. Daha sonra rəsmin qarşısındakı yerə qırmızı boya töküblər.

Maqsud

Gununsesi.info