11 beynəlxalq dil sertifikatının saxta olduğu aşkarlanıb -DİM

  • Müəllif: Firuzə
  • 29 İyul 2026 10:26

“Xarici dil sertifikatlarının verilməsində müəyyən qeyri-obyektiv, qeyri-şəffaf üsullardan istifadə halları aşkar olunub”.

Gununsesi.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, TOEFL, IELTS, Cambridge və digər beynəlxalq sertifikatların ekvivalentliyi və həqiqiliyinin yoxlanılması ilə bağlı qaydalar 2023-cü ildə təsdiq edilib:

“Bu il yoxlanılan 171 sertifikatdan 160-ı təsdiqlənib, 11-i isə qeyri-şəffaf üsullarla əldə edildiyi müəyyən edildiyi üçün qəbul edilməyib”,- o qeyd edib.

Gununsesi.info