AZAL rəhbərliyində dəyişiklik: Təyinat səlahiyyəti Prezidentə verildi

  • Müəllif: Orxan
  • 06 Avqust 2026 14:02

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinə cari rəhbərliyi 7 (yeddi) üzvdən – sədr və onun 6 (altı) müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.

Gununsesi.info-nun xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Cəmiyyətin İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidentinə həvalə edilib.

Gununsesi.info