Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

  • Müəllif: Firuzə
  • 11 Avqust 2026 10:09

Bu gün Bakının Binə və Nardaran qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Ə. İsazadə küçəsinin, Nardaran qəsəbəsinin Abşeron, Ə. Tağıyev, M. İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə olacaq.

Gununsesi.info