Saatlıda yanğın törədən şəxs saxlanıldı

  • Müəllif: Firuzə
  • 11 Avqust 2026 10:21

Saatlı rayonunun Musalı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Gununsesi.info  xəbər verir ki, araşdırmalarla yanğının kənd sakini Ş.Cəfərov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində ərazidə quru otlaq sahəsi yanıb.

Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Gununsesi.info