Türkiyənin Yalova vilayətində Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı təlim uçuşu zamanı qəzaya uğrayıb.
Gununsesi.info xəbər verir ki, pilot katapult edərək xilas olub.
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) bildirib ki, hadisənin səbəbi aparılacaq ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcək.
Yalovada təlim təyyarəsinin dənizə düşdüyü barədə məlumat yayılıb. Qəzadan sonra güclü partlayış baş verdiyi, alov və qara tüstünün bir çox ərazidən göründüyü bildirilib.
Hadisənin səbəbi hələlik məlum deyil. Yalova valisi Əhməd Həmdi Usta da hadisə yerinə yollanıb.
Milli Müdafiə Nazirliyinin yaydığı yazılı açıqlamada deyilir:
“F-16 təyyarələrimizdən biri Yalovada təlim uçuşu zamanı qəzaya uğrayıb, pilotumuz katapult edərək xilas olub. Qəzanın səbəbi aparılacaq ətraflı araşdırmanın nəticəsində müəyyən ediləcək”.












