Messi atasından yazdı - Ronaldo başsağlığı verdi

  • Müəllif: Firuzə
  • 12 Avqust 2026 21:34

Lionel Messi bir neçə gün əvvəl vəfat edən atası Xorxe Messi ilə bağlı paylaşım edib.

Gununsesi.info xəbər verir ki, o, instaqram hesabında atası ilə fotosunu paylaşıb.

Messi fotoya “Səni sevirəm, ata” sözlərini yazıb.

Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldo da paylaşıma şərh yazıb: “Bu çətin günlərdə sənə və yaxınlarına sevgimi göndərirəm, Leo. Sizə çoxlu güc arzulayıram”.

Qeyd edək ki, Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib.

Messi atasından yazdı - Ronaldo başsağlığı verdi

Messi atasından yazdı - Ronaldo başsağlığı verdi

Gununsesi.info