Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban ƏliyevaNaxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar.
Gununsesi.info Baku TV-yə istinadən xəbər verir ki, səfərdən sonra 60 ədəd ən müasir standartlara cavab verən elektrik mühərrikli yeni avtobuslar Naxçıvanda istismara verilib.
Qeyd edək ki, bu layihənin icrası ilə Naxçıvan şəhərində 9 marşrut xətti üzrə il ərzində 4.5 milyon sərnişinə yüksək səviyyədə xidmət göstərilə bilər.
Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izləniləcək. Bu da sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasına nəzarəti təmin edəcək.












