Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti bu gündən etibarən dayandırılıb.
Gununsesi.info xəbər verir ki, gündəmin əsas müzakirə mövzusu olan bu məsələ ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilib.
Belə ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Vüsal Aslanov Real TV-yə müsahibəsində bu müddət ərzində hərəkət istiqamətlərinin necə olacağı barədə danışıb.
O, hazırda fəaliyyətinə start verilən təmirin icrasının təxirə salınıb-salınmaması ilə bağlı suala belə cavab verib:
“Əslində, xətlərin ayrılması Bakı Metropoltinenin inkişafının əsas mərhələlərindən biridir. Bakı Metropoliteni istifadəyə verildiyi zaman (1967-ci il) az sayda insan üçün nəzərdə tutulmuşdu. Sistem də onun üzərinə qurulmuşdu. Hazırda günlük orta hesabla 700 min nəfərə yaxın sərnişin daşıyırıq. Bundan başqa, xətlərimizin birlışdiyi nöqtədə hərəkət intervalını azalda bilmirik. Hər hansısa bir şey olduqda, məsələn, sərnişin davranışı, hansısa texniki nasazlıq, qapının xarab olması, bir sözlə, hər şey domino effekti ilə bütün xəttlərimizə təsir göstərir”.
Elmar











