İndoneziyanın Flores bölgəsində baş verən 7,7 bal gücündə zəlzələdə ölənlərin sayı 53-ə çatb, 135 nəfər yaralanıb.
Gununsesi.info xarici mediaya istinadla xəbər verir ki, təbii fəlakətlə əlaqədar ərazidə 14 günlük fövqəladə vəziyyət elan edilib.
Zəlzələ nəticəsində 900-dən çox ev dağılıb, 5 minə yaxın sakin sığınacaqlara yerləşdirilib. Axtarış-xilasetmə işləri elektrik kəsintiləri fonunda davam etdirilir.










