İndiyədək 70428 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.












