Çempionlar Liqası: "Sabah"ın oyunu bu telekanalda yayımlanacaq

  • Müəllif: Orxan
  • 19 Avqust 2026 13:51

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Gununsesi.info xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” da meydana bu gün çıxacaq.

Komandamız Buxarestdə İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşacaq.

“Sabah”ın səfərdə “Hapoel”lə keçirəcəyi matç İctimai Televiziyada yayımlanacaq.

Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç Buxarestdəki “Culeşti” stadionunda keçiriləcək.

Bu komandalar arasında cavab matçı avqustun 25-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Qeyd edək ki, cütün qalib tərəfi Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.

Gununsesi.info