Sentyabrın 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndində keçirilən mərasimində 11 nəfərin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Gununsesi.info-nun sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, həmin şəxslər ambulator müayinədən keçirildikdən sonra evə buraxılıb.












