BMT-nin Baş katibi olmağa ən iddialı namizəd

  • Müəllif: Orxan
  • 30 Sentyabr 2026 13:13

BMT Təhlükəsizlik Şurasının BMT Baş katibi postuna ilkin səsvermə keçirilib.

Gununsesi.info xəbər verir ki, “Reuters”in məlumatına görə, namizədlərlə bağlı keçirilən dördüncü ilkin səsvermədə BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan ən çox dəstək səsi toplayıb.

BMT Təhlükəsizlik Şurasının on üzvü Qrinspanın lehinə, üçü əleyhinə səs verib, ikisi isə bitərəf qalıb.

Gununsesi.info