Türkiyəli jurnalist Azərbaycana qarşı ittihamlara belə cavab verdi /VİDEO

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər baxımından diqqət çəkib.

Gununsesi.info xəbər verir ki, türkiyəli jurnalist və siyasi şərhçi Ardan Zentürk Türkiyədə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının pərdəarxası məqamlarından danışıb.

O, Türk Dövlətləri Təşkilatında və türk millətinin qardaşlığında dünyəviliyin önəmli rol oynadığını vurğulayıb:

“Türk Dövlətləri Təşkilatında da, türk millətinin qardaşlığında da bir fikir önə çıxır: dünyəvilik! Dünyəvilik olmadan biz bu harmoniyanı saxlaya bilmərik.

Azərbaycanda hicab qadağan edilməyib. Bilmədiyiniz şeyi danışmayın.

Bizim ölkədə bu gün milliyyətçilərin milliyyətçiliyi mühakimə edilirsə, bu dostların da səmimiyyəti yaxın zamanda mühakimə ediləcək”.

Şəbnəm

Gununsesi.info