İran şirkəti Ermənistanda neft emalı zavodu tikəcək

  • Müəllif: Firuzə
  • 17 Noyabr 2026 20:09

Tehran və İrəvan İran şirkətinin Ermənistan ərazisində neft emalı zavodunun tikintisində iştirakına dair uğurlu danışıqlar aparıb.

Gununesi.info xəbər verir ki, bu barədə İranın neft naziri Həmid Bord Tehranda Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanla görüşü zamanı bildirib.

Bord ikitərəfli əməkdaşlığın neft sənayesi sahəsində böyük potensiala malik olduğunu qeyd edərək, Tehranın İrəvanla heç bir məhdudiyyət olmadan əməkdaşlığı genişləndirməyə hazır olduğunu vurğulayıb.

“İranın özəl sektorunun Ermənistanda neft emalı zavodunun tikintisində iştirakına dair danışıqlar uğurla keçib. İran tərəfi bu məsələ ilə bağlı Ermənistan tərəfinin təklif və qeydlərini nəzərdən keçirməyə hazırdır”, – o bildirib.

Gununesi.info