Pakistan vətəndaşı Asif Merçant ABŞ Prezidenti Donald Trampa qarşı sifarişli qətl təşkil etməyə cəhd etdiyinə görə 27 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Gununesi.info xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 48 yaşlı Merçant SEPAH adından fəaliyyət göstərib:
“Trampdan başqa, onun ehtimal olunan hədəfləri arasında ABŞ-ın keçmiş prezidenti Co Bayden və BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli də olub”.
Qeyd edək ki, Merçant 2026-cı ildə ehtimal olunan muzdlu qatillərə əvvəlcədən pul verdikdən sonra saxlanılıb. Lakin həmin şəxslər əslində Federal Təhqiqatlar Bürosunun gizli fəaliyyət göstərən agentləri olub.












