10 və 11-ci sinif şagirdləri bu tarixdən məktəblərə qayıdacaq

  • Müəllif: admin
  • 27 Avqust 2020 17:30

“Orta məktəblərin 10 və 11-ci sinif şagirdlərinin məktəblərə  15 oktyabr tarixindən qayıtmasını planlaşdırırıq”.

Gununsesi.info xəbər verir ki, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmirullayev bildirib.

E. Əmrullayev nəzərə çatdırıb ki, sentyabrın 15-dən isə qeyd olunan siniflər üçün tədris onlayn olacaq.

Gununsesi.info