Basketbolçularımız ikinci oldular

  • Müəllif: admin
  • 15 May 2022 12:45

Serbiyanın Novi Sad şəhərində basketbolun 3×3 növü üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən bildirilib ki, Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan komandamız turnirdə ikinci olub.

Çempionat iyunun 4-5-də Kiprdə keçiriləcək.

Gununsesi.info