Türkiyənin “Azovstal” təklifi, Rusiya razılaşmadı

  • By admin
  • 15 May 2022 12:49

Türkiyə Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodundan yaralı ukraynalı hərbçiləri dəniz yolu ilə təxliyə etməyə hazırdır.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Reuters”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyənin irəli sürdüyü təklif Ukrayna və Rusiya tərəfi ilə müzakirə edilib, lakin Moskva bununla razılaşmayıb.

“Azovstal”dan təxliyə edilənlərin əvvəlcə quru yolu ilə Berdyansk limanına çatdırılması planlaşdırılır, daha sonra Türkiyə gəmisi insanları İstanbula çatdıracaq”, – deyə Türkiyə rəsmisi vurğulayıb.

Gununsesi.info