Şahin Bağırov polkovnik Bərzanini işdən çıxardı -FOTO

Dövlət Gömrük Komitəsində daha bir vəzifəli şəxs vəzifəsindən azad edilib.

Gununsesi.info Qaynarinfo-ya istinadla xəbər verir ki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polkovnik Bərzani Həsənov işdən azad edilərək, təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Gununsesi.info