Polad Bülbüloğlu Milli Məclisin deputatı seçilib?

  • Müəllif: Şəbnəm
  • 01 Sentyabr 2024 23:40

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlu, ilkin məlumatlara görə, Milli Məclisin deputatı seçilib.

Gununsesi.info xəbər verir ki, bunu Amerikanın Oracle Advisory Group exit-poll şirkətinin məlumatları sübut edir.

“124 saylı Şuşa-Ağdam-Xocavənd (Qarabağ bölgəsi) seçki dairəsində Polad Bülbüloğlu 58,9 faiz səslə qalib gəlib”, – təşkilatın nümayəndəsi Bakıda keçirilən mətbuat konfransında bildirib.

 

 

Gununsesi.info