ABŞ hər 2 ssenariyə hazırlaşır - Prays

  • By admin
  • 06 May 2022 09:15

Amerika Birləşmiş Ştatları (ABŞ) İranın nüvə proqramı ilə bağlı razılaşmanın olmadığı bir ssenariyə hazırlaşdıqlarını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays danışıb.

O, “Birgə hərtərəfli fəaliyyət planı”na (BHFP) geri dönüşlə bağlı deyib ki, ortada müəyyən irəliləyişlər var:

“Fakt budur ki, biz son aylarda Vyanada keçirilən P5+1 (BMT-nin 5 daimi üzvü və Almaniya – red.) kontekstində mühüm irəliləyiş əldə etmişik. Buna baxmayaraq, müqaviləni tamamlaya bilməmişik və edəcəyimizə də əmin deyilik. Bu, qeyri-müəyyən olaraq qalır. Avropa müttəfiqləri ilə danışıqları davam etdiririk. “Birgə hərtərəfli fəaliyyət planı” müqaviləsinə qarşılıqlı dönüşün qeyri-müəyyənliyinə görə biz olub-olmama arasında hər 2 ssenariyə hazırlaşırıq. Yəni biz müttəfiqlərimiz və tərəfdaşlarımızla BHFP-nin olmadığı bir ssenariyə də hazırlaşırıq və onun tələblərini yerinə yetirəcək başqa taktika və digər yanaşmalara əl atmalı olacağıq. ABŞ Prezidenti Co Bayden açıq şəkildə bəyan edib ki, İranın “Birgə hərtərəfli fəaliyyət planı” ilə və ya onsuz nüvə silahı əldə etməsinə icazə verilməyəcək”.

Gununsesi.info