Ağdamdakı Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti dayandırılır

  • By Mina
  • 18 Aprel 2024 13:23

Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti dayandırılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memorandumla Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılmış Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətini tamamlamaq üçün proses Rusiya Federasiyası və Azərbaycan ilə koordinasiyalı şəkildə davam etdirilir”, – məlumatda deyilir.

Gununsesi.info