Almaniya Ukraynaya yeni hərbi yardım ayırıb

  • By ilhame
  • 28 Mart 2024 19:21

Almaniya Ukrayna Silahlı Qüvvələrinə yeni hərbi yardımın təhvil veriləcəyini açıqlayıb.

 

Gununsesi.info xəbər verir ki, bu haqda Almaniya hökumətinin saytında məlumat verilib.

 

Belə ki, Almaniya Ukraynaya 18 min 155 mm-lik NATO mərmisi, 14 Vektor kəşfiyyat PUA-sı, 30 RQ-35 Heidrun pilotsuz təyyarəsi, həmçinin Leopard tankları üçün döyüş sursatları təhvil verəcək.

 

Ölkə eyni zamanda Kiyevə 2 min RGW 90 Matador qumbaraatanları, 180 İHA aşkarlama sistemi və infraqırmızı kameralar göndərəcək.

Gununsesi.info