Aqşin Yenisey: “Respublika dini deyil, milli kimlik üzərində qurulan dövlət modelidir”

  • Müəllif: Orxan
  • 29 İyul 2026 10:32

Yazıçı-şair Aqşin Yenisey respublika anlayışı, milli kimlik və dini identiklik mövzusunda fikirlərini bölüşüb.

Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, respublika anlayışı eramızdan əvvəl 509-cu ildən bu günə qədər uzun və mürəkkəb inkişaf yolu keçib.

Müəllifin sözlərinə görə, müasir respublikanın əsas prinsiplərindən biri milli kimliyin dini kimlikdən üstün tutulmasıdır.

Aqşin Yenisey qeyd edib ki, vətəndaşlar dini kimliklərini milli kimliklərindən üstün tutduqları və dövlət də bunu qəbul etdiyi halda, həmin dövlətin “respublika” adını daşıması mübahisə doğura bilər.

Onun fikrincə, respublika modelini qorumaq istəyən dövlətlərdə hər bir vətəndaş milli kimliyini ön planda saxlamalıdır.

Yenisey hesab edir ki, Azərbaycanda əhalinin əhəmiyyətli hissəsi respublika quruluşunun mahiyyətini kifayət qədər dərk etmir.

O vurğulayıb ki, ölkənin müxtəlif bölgələrində yerləşən şəhidlər xiyabanlarında uyuyan insanlar məhz respublikanın müdafiəsi uğrunda həyatlarını qurban veriblər və respublika dini deyil, milli kimlik üzərində formalaşan dövlət modelidir.

Aqşin Yenisey son olaraq əlavə edib ki, milli kimliyi hər hansı sektaya, təriqətə və ya qəbiləyə mənsubiyyət kimi qəbul etmək məsələnin problemli tərəfidir.

Elmar

Gununsesi.info