Magistraturaya qəbulun nəticələri sabaha qədər açıqlanacaq

  • Müəllif: Firuzə
  • 29 İyul 2026 10:36

Magistraturaya qəbulun nəticələrinin bu gün və ya sabah elan olunacağı gözlənilir.

Gununsesi.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bundan sonra qəbul olunanların qeydiyyatı aparılacaq, daha sonra isə boş qalan plan yerlərinə ixtisas seçimi keçiriləcək.

Gununsesi.info