Arif Hacılı Türkiyənin müxalifət liderləriylə görüşüb - FOTOLAR

  • By admin
  • 07 İyun 2022 22:14

“Ankarada Türkiyə Cümhuriyyəti siyasət və dövlət xadimləri, partiya başqanları, millət vəkilləri ilə görüşlərimiz davam edir”.

Gununsesi.info bildirir ki, bunu Türkiyədə səfərdə olan Müsavat başqanı Arif Hacılı bildirib.

O, daha sonra  deyib:
“Məmləkət Partiyasının başqanı Müharrem İncə, Gələcək Partiyasının başqanı Əhməd Davudoğlu, Demokrat Partiyasının başqanı Gültəkin Uysal, İYİ Partiya başqan yardımçısı, millət vəkili Ridvan İz, Səadət Partiyası başqanı Temel Karamollaoğlu ilə görüşlərimizdə Azərbaycan-Türkiyə münasibətlərinin bu günü və gələcəyi, həmçinin həmin partiyalarla Müsavat Partiyasının əməkdaşlıq münasinətlərinin perspektivləri barədə ətraflı müzakirələrimiz oldu”.

Gununsesi.info