AŞPA prezidenti: “Ukraynanın özünü müdafiə etməsi üçün sursatlara ehtiyacı var”

  • By admin
  • 17 Aprel 2024 14:18

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Rusiyanın Ukraynaya qarşı təcavüzündən danışılıb.

Gununsesi.info-nun Strasburqa ezam olunan əməkdaşının verdiyi xəbərə görə,  AŞPA prezidenti Teodoros Rusopulos Ukraynaya dəstəyin vacibliyini vurğulayıb.

“Ukraynanın sadəcə sözlərə deyil, bizim dəstəyimizə ehtiyacı var – onun özünü müdafiə etməyə davam etməsinə, hamımızı müdafiə etməyə və Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş ən fundamental hüququnu müdafiə etməyə imkan verəcək həyati sursatlara ehtiyacı var. insanların yaşamaq hüququ təhlükədədir”. 

AŞ PA prezidenti deyib ki, bütün sivil dünya bu kritik anda Ukraynanı dəstəkləməkdən çəkinməməlidir: “Mən bütün Avropa ölkələrini Ukraynaya işğalçını dəf etmək, qeyri-qanuni işğal olunmuş ərazilərinə nəzarəti bərpa etmək və bütün torpaqlarında ədalətə əsaslanan sülhü bərpa etmək üçün səylərini iki və üç dəfə artırmağa çağırıram”.

Pərviz Həşimli

Fransa/Strasburq

Gununsesi.info