Avropa İttifaqı Ukraynaya 500 milyon avro yardım ayırdı

  • By admin
  • 09 Aprel 2022 12:57

Avropa İttifaqı Ukraynaya əlavə 500 milyon avro yardım ayırıb.

Gununsesi.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel tviter səhifəsində yazıb.

O bildirib ki, Donbassa səfərindən 3 ay sonra yenidən Ukraynanın Baş naziri ilə görüşündən məmnun qalıb: “Biz Ukraynanın cəsarətli müdafiəsinə töhfə verməyə davam edirik. Bunun üçün Avropa Sülh Fondu çərçivəsində Ukraynaya əlavə 500 milyon avro ayırırıq”.

Gununsesi.info