Avropa Komissiyası təyyarə yanacağı çatışmazlığı riski ilə bağlı xəbərdarlıq edib

Avropa Komissiyası Yaxın Şərqdə artan münaqişə fonunda Aİ ölkələrində aviasiya yanacağı çatışmazlığının potensial riskləri barədə xəbərdarlıq edib.

Gununsesi.info bu barədə xarici mediada yayımlanan, mövcud böhrana cavab olaraq hazırlanmış nəqliyyat tövsiyələrini özündə əks etdirən sənədə istinadən xəbər verir.

Mətndə deyilir ki, “Əgər Yaxın Şərqdəki münaqişə davam edərsə, bu, aviasiya yanacağının çatışmazlığına səbəb ola bilər ki, bu da öz növbəsində hava səyahətinə təsir göstərə bilər, o cümlədən uçuşların ləğvinə səbəb ola bilər”.

Sənəddə həmçinin bildirilir ki, sənaye artıq Avropaya təchiz edilən Jet A-1 standartının adətən istifadə edildiyi tətbiqlərdə Jet A yanacağının istifadəsini nəzərdən keçirir.

Həmçinin təyinatı üzrə istifadə edildiyi müddətcə, hər iki yanacaq növünün istifadəsinə heç bir hüquqi məhdudiyyət qoyulmadığı vurğulanır.

Maqsud

Gununsesi.info