Avropa Şurası Qarabağdan Ermənistana gedən qaçqınlara yardım ayırıb

  • By admin
  • 17 Aprel 2024 17:56

Avropa Şurası Qarabağdan Ermənistana gedən qaçqınların bir sıra hüquqlarının təminatına yardım üçün  2,8 milyon avroluq yardım  paketi hazırlayıb.

Gununsesi.info-nun xəbərinə görə, paket dörd yeni təşəbbüsdən ibarətdir və iki il davam edən layihə  qaçqınların insan hüquqlarının, yerli icmaların, sosial hüquqların, uşaqların və qadınların dayanıqlığının qorunması və insan hüquqları institutlarına dəstək məqsədi daşıyır.

Avropa Şurası  Baş Katibinin  Miqrasiya və Qaçqınlar üzrə Xüsusi Nümayəndəsi Devid Best deyib ki, bu paket  təkcə qaçqınlar üçün deyil, bütün zəifliyi olan insanlar üçün kritik olan bir çox sahələrdə imkan məhdudiyyətlərinin həlli ilə bağlı səlahiyyətli orqanlara dəstək verir”.

Qeyd edək ki, paket çərçivəsində İnsan Hüquqlarının Təminatlarının Gücləndirilməsi, Sosial İnsan Hüquqlarının Təkmilləşdirilməsi, Uşaqların Hüquqlarının Müdafiəsi və
Ev sahibi icmalara dəstək həyata keçiriləcək.

Gununsesi.info