Azərbaycanlı yeniyetmə Türkiyənin gündəmində – “Yetişkin insanlara səslənirəm!.. FOTO+VİDEO

İstanbulda yaşayan azərbaycanlı yeniyetmə, iqlim aktivisti Rəsul Hüseynzadə Türkiyədə diqqət mərkəzindədir. “Gununsesi.info” xəbər verir ki, İstanbul Cahit Zarifoğlu Anadolu liseyində təhsil alan Rəsulun fəallığı şəhər ictimaiyyətinin də diqqətini çəkib.

İqlim zirvəsində çıxış edən azərbaycanlı yeniyetmənin nitqi, apardığı kampaniyalar yerli medianın gündəmində olub. Telekanalların birinə danışan R.Hüseyinzadə yetişkin insanlara çağırş edib: “İqlim aktvisti olmaq mənin üçün hər sahədə aktiv olmaq, problemlərin həllində iştirakçı olmaq deməkdir. Əgər bir yerlərdə problem varsa, sən də ona səssiz durursansa, demək sən də o problemin bir parçası olmuş olursan.

HTML tutorial

Mən də fərqlilik qazandım, dəyişikliklər üçün çalışmalara başladım. Müxtəlif kampaniyalar, tədbirlər həyata keçiririk. Üzümü yetişkin insanlara tutub deyirəm: biz gəncləri dinləyin! Biz uşaqların xəyallarının gerçəkləşməsində sadəcə sizə ehtiyacımız var. Hamımız bir yerdə olarsaq, ümidimizi əsla itirmədən, gözəl bir gələcəyi bilrikdə qura bilərik”.

 

Gununsesi.info