Azərbaycan Kuboku: “Neftçi” finalda “Xəzri”yə rəqib olub

  • By ilhame
  • 17 Aprel 2024 21:20

Basketbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı bəlli olub

Gununsesi.info-nun məlumatına görə, “Neftçi” həlledici raunda vəsiqə qazanıb.

“Ağ-qaralar” yarımfinalda “Sərhədçi”yə qalib gəlib – 91:73.

Komanda finalda “Xəzri”yə rəqib olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü aprelin 20-də, saat 15:00-da reallaşacaq.

Gununsesi.info