Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var

  • By ilhame
  • 17 Aprel 2024 21:10

Naxçıvan-Şahbuz magistralında yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info xəbər verir ki, hadisə Şahbuz rayonu Sələsüz kənd ərazisində qeydə alınıb.

 

İki avtomobilin toqquşması nəticəsində Cəhri qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əliyev Daşqın Muxtar oğlu xəsarət alıb.

 

O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info