Azad Şabanov Mehdiyevin nəvəsinin toyundan danışmaq istəmədi

  • Müəllif: admin
  • 27 Avqust 2020 17:46

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən müğənni Azad Şabanov bu mövzuda danışmaqdan imtina edib.

Gununsesi.org xəbər verir ki, Yenisabah.az-ın əməkdaşı müğənni ilə əlaqə saxlasa da, o, sualı dinlədikdən sonra telefonu qapadıb.

Azad Şabanovun həmin toyda iştirakı isə cərimələnməsi ilə təsdiqlənib. Müğənni toyla bağlı görüntülər yayıldıqdan bir gün sonra polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə edilib.

 

Gununsesi.org