“Təhsil haqqı üçün hər tələbəyə güzəşt edilməsi mümkün deyil” - NAZİR

  • Müəllif: admin
  • 27 Avqust 2020 17:55

“Hazırda ölkədə 176 min tələbədən 113 mini ödənişli təhsil alır”.

Gununsesi.info xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, 15 209 tələbənin təhsil haqları dövlət tərəfindən ödənilir:

“Güzəştlərin olması ehtiyac meyarı üzərindən olmalıdır. Hamıya güzəştin edilməsi mümkün deyil”.

 

 

Gununsesi.info