Azərbaycandakı ali məktəblərdə dərslərin başlanma tarixi ELAN EDİLDİ

  • Müəllif: admin
  • 27 Avqust 2020 17:36

Ali təhsil müəssisələri sentyabrın 15-dən dərslərə başlayacaq.

Gununsesi.info xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, ali təhsil müəssisələri sentyabrın 15-dən dərslərə onlayn başlayacaq:

“Oktyabrın 1-dən birinci kurs tələblərinin dərslərə əyani gəlməsi planlaşdırılır. Oktyabrın 15-dən sonra laboratoriya işi tələb edən bəzi ixtisaslar üzrə əyani təhsilin təşkilinə icazə veriləcək. Noyabrın 2-dən sonra fərqli qərar verilə bilər”.

Gununsesi.info