Azay Quliyev seçicilərilə görüşüb

  • By admin
  • 20 Aprel 2022 18:51

 

Bu gün deputat Azay Quliyev Binəqədi rayonu, 6-cı mikrorayon, Şövkət Məmmədova küçəsi, 201 və 203 saylı binaların həyətində və 9-cu mikrorayon 103 saylı binanın qarşısında seçiciləri ilə növbəti görüşünü keçirib.
Görüşdə iştirak edən seçicilər, müharibə iştirakçıları və Qazi ailələri 6-cı mikrorayon ərazisimdə yerləşən 27 saylı şəhər poliklinkasının bərpa edilməsi, məşğulluq, avtobus marşurutlarının hərəkət istiqamətinin uzadılması, binaların girişlərinin təmiri zamanı yol verilmiş nöqsanlar, binaların zirzəmilərinin qurudulması, parkların salınması ilə bağlı problemləri deputatın diqqətinə çatdırıblar. Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.
Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.
Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi Dilbər Şükürova iştirak edib.