
Futbol üzrə Azərbaycan milli komandasının Haiti yığması ilə yoldaşlıq oyunu start götürüb.
Gununsesi.info xəbər verir ki, oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.
Görüşü Türkiyədən olan hakimlər briqadası idarə edir.
Qeyd edək ki, Azərbaycan yığması növbəti yoxlama oyununu martın 25-də Belarusa qarşı keçirəcək.
Yoldaşlıq oyunu
22 mart
21:45 Azərbaycan – Haiti – 0:1 (BİRİNCİ HİSSƏ)
Qol: Frontdi Piero, 9
Baş hakim: Kadir Sağlam (Türkiyə)
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə)
Dördüncü hakim: Fərid Hacıyev (Azərbaycan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.