Bağdadda iğtişaş: 2 nəfər öldü -FOTOLAR

  • By admin
  • 29 Avqust 2022 21:05

Bağdaddakı Respublika Sarayında İraqın nüfuzlu şiə xadimi Müqtəda əs-Sədrinin tərəfdarları ilə hüquq-mühafizə qüvvələri arasında toqquşmalar başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Bildirilib ki, Müqtəda əs-Sədr siyasətdən getdiyini elan etdikdən sonra onun yüzlərlə tərəfdarı Bağdadın “yaşıl zona”sına soxulub. Etirazçılar həmçinin İraq hökumətinin qərargahı olan Respublika Sarayına daxil olublar.

İyulun sonundan etibarən Bağdadda Müqtəda əs-Sədr tərəfdarlarının etirazları yenidən başlayıb. Avqustda isə əs-Sədr ölkənin məhkəmə sistemini parlamenti buraxmağa, ölkə prezidentini isə qanunverici orqana erkən seçkilərin tarixini təyin etməyə çağırıb. Lakin İraqın Ali Məhkəmə Şurası bu təklifdən imtina edib.

Xatırladaq ki, İraqda nümayişlər əs-Sədr və onun tərəfdarları istisna olmaqla, parlamentdə əsas şiə partiyalarını təmsil edən “Koordinasiya Platforması” blokundan Məhəmməd əl-Sudaninin Baş nazir postuna namizədliyinin irəli sürülməsindən sonra başlayıb.




Gununsesi.info