Bakı-Gəncə aviareysinin bərpası təklif edilib

“Nəyə görə Bakı-Gəncə aviareysi bərpa olunmur? Aviareyslərin bərpası 2023-cü ildə nəzərdə tutulubmu?”

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, bu gün Bakıdan Gəncəyə bir qatar işləyir: “Qatarların sayını artıra bilərikmi? Biz turizmin inkişafından danışırıq. Ancaq şəxsi avtomobillərlə, köhnə avtobuslarla turistlərin daşınması heç də ürəkaçan deyil. Biz sivil daşımaları artırsaq, çox yaxşı olar”.

Deputat qeyd edib ki, beyin köçü ilə bağlı bütün dünyada ciddi işlər görülür: “Azərbaycanda gənc insanlar, savadlı alimlər fürsət tapan kimi, ölkəni tərk edirlər. Xüsusi ilə informasiya texnologiyaları və tibb sahəsində olan gənclərimiz lazımı iş tapa bilməyəndə xaricə üz tuturlar. Mən təklif edirəm ki, ən azından gənc alimlərimizin mənzil şəraiti yaxşılaşdırılsın”.

Gununsesi.info