Bakı-Naxçıvan təyyarəsi geri qayıtdı

  • By admin
  • 30 Aprel 2022 14:02

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2253 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Gununsesi.info bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, təyyarə saat 12:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurlu eniş edib.

Gununsesi.info