Bakı-Qəbələ qatarının fəaliyyəti ilə bağlı AÇIQLAMA

  • By admin
  • 18 May 2021 12:22

Bakı-Qəbələ qatarı pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib. Bu “Azərbaycanda Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nətavan Bayramova deyib.

O qeyd edib ki, qatar istifadəyə tam hazırdır.

“Pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişin daşıma dayandırılıb. Buna görə Bakı-Qəbələ qatarı hələ sərnişinlərin istifadəsinə verilməyib”.

N.Bayramova Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiymətləri barədə yaxın vaxtlarda məlumat verəcəyini bildirib.

“Biletlərin qiymətləri hələ dəqiqləşdirilməyib. Pandemiya bitəndən sonra bu barədə həm rəsmi saytınızda, həm də sosial şəbəkələrdə ictimaiyyətə məlumat verəcəyik”.
Gununsesi.info