Bakıda 16 yaşlı qız itkin düşüb

  • By ilhame
  • 17 Mart 2024 10:49

Bakının Binəqədi qəsəbəsində 16 yaşlı qız itkin düşüb.

 

Gununsesi.info xəbər verir ki, hadisə ilə bağlı qızın atası Z. A Binəqədi RPİ-nin 43-cü PB-nə ərizə ilə müraciət edib.

 

Onun sözlərinə görə, qızı A. A martın 11-i saat 12:00 radələrində yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

 

Müraciətlə bağlı araşdırma aparılır.

Gununsesi.info