Türkiyə Gürcüstanın Qərbə inteqrasiyasını dəstəkləyir - Hakan Fidan

  • By ilhame
  • 17 Mart 2024 10:55

“Türkiyə Gürcüstanın Qərbə inteqrasiyasını dəstəkləyir”,- bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Nazir Bakıda keçirilən brifinqdə bildirib ki, onlar Gürcüstanın Avropa-Atlantik siyasi və təhlükəsizlik təşkilatları ilə daha çox birləşmək arzusuna dəstək verməyə davam edəcəklər.

O, həm də gürcü həmkarını Gürcüstana ötən dekabrda Avropa İttifaqına namizəd status verilməsinə görə təbrik edib.

Ötən ilin dekabrında Avropa İttifaqı Gürcüstana namizəd statusu verib.

2005-ci ildən bəri Türkiyə də Avropa İttifaqına namizədlik statusu alıb, amma üzvlüklə bağlı qurumun müzakirəsi illərdir davam edir, son illərdə isə dondurulub.

Gununsesi.info