Bakıda avtomobil salondakı maşınlara çırpıldı – FOTO

  • By admin
  • 04 Noyabr 2023 09:02

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən “Nissan” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək, maşını avtosalonun ərazisində olan avtomobillərə çırpıb. Nəticədə yol təsərrüfatına və 3 yeni “Fiat” markalı avtomobilə zərər dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info