“Bavariya” – “Barselona” matçı azarkeşsiz keçiriləcək

  • By admin
  • 04 Dekabr 2021 10:02

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində “Bavariya” – “Barselona” matçı azarkeşsiz keçiriləcək.

Gununsesi.info Kataloniya klubunun saytına istinadən xəbər verir ki, buna səbəb Almaniyada yeni məhdudiyyətlər və Bavariyada koronavirus yoluxanlarının sayının artmasıdır.

Qeyd edək ki, sözügedən qarşılaşma dekabrın 8-də baş tutacaq.

Gununsesi.info