Begemotlarda koronavirus aşkarlandı

  • By admin
  • 04 Dekabr 2021 09:40

Belçikada iki begemot koronavirusa yoluxub.

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belçika Milli Sağlamlıq İnstitutunun baytarlıq laboratoriyası məlumat yayıb.

Qurum Antverpen zooparkında saxlanılan iki begemotda koronavirus aşkarlandığını təsdiqləyib.

“İki begemot – İmani (14,5 yaş) və Hermien (41 yaş) koronavirusa yoluxub. Heyvanlarda burun axmasından başqa heç bir əlamət yoxdur. Özlərini yaxşı hiss edirlər” – açıqlamada bildirilir.

Zoopark administrasiyası ciddi sanitar tədbirlərinə baxmayaraq, begemotların necə yoluxduğu sualına hələ də cavab verə bilmir.

“Nəzarətçilərdən heç biri bu yaxınlarda yoluxmamışdır. Onlar hər gün test verirlər və protokola əməl edirlər”, – məlumatda deyilir.

Qeyd edilir ki, zooparkda vaxtaşırı olaraq bütün məməliləri koronavirus testindən keçirilir, lakin ilk dəfədir bu hal müşahidə edilir.

Gununsesi.info