“Bizim Avropanı birləşdirən sülh, azadlıqdır və dəyərlərimizi bölüşən Avropanın digər xalqları üçün açıqdır” -Şolts

  • By admin
  • 31 Avqust 2022 09:11
Olaf Şolts Ukrayna, Gürcüstan, Moldova və Avropa Birliyi haqqında bir sıra bəyanatlar verib…

 

Almaniya kansleri Avropa İttifaqına sıraları möhkəmləndirməyə, köhmə münaqişələri həll etməyə və yeni qərarlar tapmağa çağırış edib…
Ukrayna, Moldova, Gürcüstan, habelə Qərbi Balkan ölkələri Avropa İttifaqına birləşməlidir. Bu barədə Almaniya kansleri Olaf Şolts Praqada Karlov universitetində çıxışı zamanı bəyan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.
Kansler vurğulayıb ki, Almaniya İttifaqının genişlənməsinə, habelə xarici siyasət üzrə umumavropa səsvermələri zamanı veto hüququnun ləğv edilməsinə tərəfdardır.
“Bu gün yekdillik tələb olunan halda, ayrıca bir ölkənin veto hüququndan istifadə edərək, başqalarına irəliyə getməyə mane olmaq riski yeni əlavə üzv-dövlətlə daha da artır. Ona görə də mən tədricən ümumi xarici siyasətdə səs çoxluğuna keçməyi təklif etmişəm”, – agentlik kanslerin nitqindən iqtibas gətirib.
Şolts Avropa İttifaqının bütün 27 ölkəsini “sıraları möhkəmləndirməyə, köhnə münaqişələri həll etməyə və yeni qərarlar tapmağa çağırış edib”.
“Bizim Avropanı birləşdirən sülh, azadlıqdır və dəyərlərimizi bölüşən Avropanın digər xalqları üçün açıqdır”, – o, belə deyib.
Bundan başqa, Şolts qeyd edib ki, Xorvatiya, Rumıniya və Bolqarıstan artıq Şengen zonasının tələblərinə cavab verir və tamhüquqlu üzvlər kimi onun tərkibinə daxil olmalıdır.
Öz nitqində Olaf Şolts həmçinin müdafiə sahəsində əməkdaşlığı kəskin surətdə gücləndirilməsinə, Avropa İttifaqının hüquqi səlahiyyətli mənzil-qərargahının yaradılmasına çağırış edib və Almaniyaya Şimali və Şərqi Avropada hava hücumundan müdafiənin təmin edilməsində mərkəzi rollardan birinin verilməsini təklif edib.
Almaniya kansleri bəyan edib ki, son aylar Almaniyanın Ukraynaya dəstək məsələsinə dair mövqeyində “əsaslı dəyişikliklər” baş verib.
“Almaniya kənarda dayanmayıb və Ukraynaya yardım edir. Biz təkcə qadınların, kişilərin və uşaqların qətlə yetirilməsini, azad ölkənin xəritədən silinməsini və dəmir pərdə arxasında yox olmasını müşahidə etmirik. Biz Ukraynaya iqtisadi, maliyyə, siyasi, humanitar yardım edirik, habelə hərbi dəstək veririk”, – kansler qeyd edib.
Onun sözlərinə görə, yaxın zamanlarda Almaniya Ukraynaya müasir silah, o cümlədən hava hücumundan müdafiə sistemi, radarlar və kəşfiyyat PUA-ları göndərəcək.
“Yaxın həftələr və aylarda Almaniya Ukraynaya dəyəri 600 milyon avrodan artıq olan ən müasur HHM sistemləri və radiolokasiya stansiyayaları verəcək”, – Şolts deyib və qeyd edib ki, ölkəsi Kiyevə “tələb olunan qədər” dəstək göstərməkdə davam edəcək.
Gununsesi.info